“KuPS”un baş məşqçisi: “Sabah”la matçda bəxtimiz gətirdi”

21 İyul 2026 22:35
139
“KuPS”un baş məşqçisi: “Sabah”la matçda bəxtimiz gətirdi”

“KuPS” komandasının “Sabah”la matçda bəxti gətirib.

İdman.Biz xəbər verir ki, bunu “KuPS”un baş məçqçisi Miika Nuutinen "Sabah"a qarşı keçirdikləri UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunundan sonra mətbuat konfransında deyib.

“Rəqibi qələbə münasibəti ilə təbrik edirəm. “Sabah” topla çox yaxşı oynayırdı. Onlar bir neçə qol epizodu əldə etdilər. Düşünürəm ki, növbəti mərhələyə yüksəlmək üçün şansımız var. 1 həftə sonra doğma meydanda ən yüksək oyunlarımızdan birini keçirəcəyik. Demək olar ki, bu gün bəxtimiz gətirdi. Hesab daha da böyük ola bilərdi”, - baş məşqçi bildirib.

O, cavab oyunu öncəsi hazırkı nəticənin "KuPS" üçün normal olduğunu deyib: “Cavab qarşılaşması üçün 0:1 hesablı məğlubiyyəti normal hesab etmək olar. Meydanda vaxtı öldürməyə çalışmamışıq. Hazırkı istəyimiz cavab görüşündə yaxşı nəticə əldə edərək mərhələ adlamaq olacaq. Heyətimizdə yaxşı futbolçular var”.

“Sabah” – “KuPS” matçı Azərbaycan təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Tərəflər arasında cavab matçı iyulun 28-də Finlandiyada keçiriləcək.

İdman.Biz