2026-cı il dünya çempionatında ən çox qol vuran futbolçuların çıxış etdiyi klub müəyyənləşib.
İdman.Biz xəbər verir ki, bu göstəricidə İspaniya nəhəngi “Real Madrid” hamını qabaqlayıb.
Madrid klubunun futbolçuları mundial ərzində ümumilikdə 22 qol vurublar. Onların arasında ən məhsuldar oyunçu Kilian Mbappe olub. Fransa millisinin hücumçusu turnirdə 10 dəfə fərqlənib.
Siyahıda ikinci yeri PSJ tutur. Paris təmsilçisinin futbolçuları dünya çempionatında 16 qol vurublar. İlk üçlüyü isə 13 qolla “Arsenal” tamamlayır.
Dördüncü pilləni “Bavariya”, “Sanderlend”, “Kristal Pelas” və “İnter Mayami” bölüşür. Bu komandaların hər birinin futbolçuları mundialda 8 qola imza atıblar.
Qeyd edək ki, “İnter Mayami”nin bütün qollarını Argentina millisinin kapitanı Lionel Messi vurub.
