“Qarabağ”ın sabiq qapıçısı İbrahim Şehiçin yeni klubu məlum olub - FOTO

16 İyul 2026 11:22
129
“Qarabağ”ın sabiq qapıçısı İbrahim Şehiçin yeni klubu məlum olub - FOTO

“Qarabağ” futbol klubunun sabiq qapıçısı İbrahim Şehiçin yeni klubu bəlli olub.

İdman.Biz Türkiyə mətbuatına istinadən xəbər verir ki, ötən mövsüm “Çorum”un formasını geyinmiş 37 yaşlı qolkiper Türkiyənin birinci liqa təmsilçisi “Sarıyer”ə transfer olub.

Bosniya və herseqovinalı qapıçı ilə bir illik müqavilə imzalanıb.

Qeyd edək ki, Şehiç 2013-2018-ci illərdə “Qarabağ”ın formasını geyinib və 180 oyun keçirib. O, Ağdam təmsilçisi ilə beş dəfə Azərbaycan çempionu olub və üç dəfə ölkə kubokunu qazanıb. Qapıçı 2017/2018 mövsümündə “Qarabağ”ın tarixində ilk dəfə Çempionlar Liqasının qrup mərhələsinə yüksələn heyətində yer alıb və altı oyunda 35 qurtarışla yadda qalıb.

İdman.Biz