“Şamaxı” FK yeni mövsüm heyətini formalaşdırmaq üçün çalışmalarını davam etdirir.
İdman.Biz xəbər verir ki, bu barədə “Şamaxı” Futbol Klubu məlumat yayıb.
Bildirilib ki, komanda gürcüstanlı hücumçu Tornike Axvledianini heyətinə qatıb. 26 yaşlı futbolçu ilə bir illik müqavilə imzalanıb.
Tornike Axvlediani son olaraq Gürcüstanın “İberiya 1999” komandasında çıxış edib.
