AFFA baş katibinin müavini Elçin Məmmədov “UEFA Akademiyası Məzunlarının Assosiasiyası” (“UEFA Academy Alumni Association”) tərəfindən təsis edilmiş Mentorluq Proqramına mentor qismində seçilib.
İdman.Biz xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.
Elçin Məmmədov bu proqram çərçivəsində UEFA Akademiyasında təhsil almış məzunlarla mentor kimi çalışacaq.
