Xorvatiyalı mütəxəssis Slaven Biliç yenidən futbol üzrə Xorvatiya millisinin baş məşqçisi olmağa yaxındır.
İdman.Biz xəbər verir ki, bu barədə “talkSPORT” məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, 57 yaşlı çalışdırıcı artıq milli komanda ilə əməkdaşlıq şərtlərini razılaşdırıb. Onun təyinatının yaxın 24 saat ərzində rəsmən açıqlanacağı gözlənilir.
Biliç Xorvatiya millisini 2006–2012-ci illərdə də çalışdırıb. Onun rəhbərliyi altında komanda 2008-ci il Avropa çempionatının 1/4 finalına yüksəlib.
Xorvatiyalı mütəxəssis 2012/2013 mövsümündə Moskvanın "Lokomotiv" klubunu da çalışdırıb. Komanda onun rəhbərliyi altında Rusiya çempionatını 9-cu pillədə başa vurub.
Biliçin son iş yeri Səudiyyə Ərəbistanının “Əl-Fateh” klubu olub. O, bu komandadan 2024-cü ildə ayrılıb.
