UEFA Konfrans Liqası: “Zirə”nin Gürcüstana səfər proqramı məlum olub

13 İyul 2026 12:58
88
UEFA Konfrans Liqası: “Zirə”nin Gürcüstana səfər proqramı məlum olub

UEFA Konfrans Liqasının birinci təsnifat mərhələsinin cavab oyununda “Torpedo”nun qonağı olacaq “Zirə”nin səfər proqramı məlum olub.

İdman.Biz report.az-a istinadən xəbər verir ki, “qartallar” iyulun 14-də çarter reysi ilə Kutaisiyə yollanacaq. Komanda matçdan sonra Bakıya qayıdacaq.

İyulun 15-də baş məşqçi Rəşad Sadıqovun mətbuat konfransı və komandanın açıq məşqi baş tutacaq.

“Zirə”ni səfər qarşılaşmasında nə qədər azarkeşin dəstəkləyəcəyi isə hələlik bəlli deyil.

Xatırladaq ki, “Torpedo” - “Zirə” oyunu iyulun 16-da, Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

İdman.Biz