Mahir Emreli İsrailin “Makkabi” klubunun təklifini rədd edib

13 İyul 2026 13:44
88
Mahir Emreli İsrailin “Makkabi” klubunun təklifini rədd edib

Azərbaycan millisinin və Almaniyanın “Kayzerslautern” komandasının futbolçusu Mahir Emrelinin imtina etdiyi daha bir klub müəyyənləşib.

İdman.Biz report.az-a istinadən xəbər verir ki, 29 yaşlı hücumçunun karyerasını İsraildə davam etdirmək imkanı olub.

“Makkabi” (Hayfa) azərbaycanlı forvardı heyətə qatmaq istəyib. Lakin oyunçu təklifdən imtina edib.

Ötən mövsüm ikinci Bundesliqa təmsilçisində az forma şansı əldə edən M.Emreli digər təklifləri dəyərləndirir. Daha əvvəl Kiprin APOEL klubundan da imtina edən futbolçu iddialı və avrokuboklarda çıxış edən klubla anlaşmaq niyyətindədir.

Xatırladaq ki, Mahir Emrelinin “Kayzerslautern”lə müqaviləsinin müddəti 2028-ci ilin yayınadək qüvvədədir.

İdman.Biz