“Qəbələ” FK beş yoxlama oyunu keçirəcək

13 İyul 2026 13:28
93
“Qəbələ” FK beş yoxlama oyunu keçirəcək

“Qəbələ”nin yay təlim-məşq toplanışında keçirəcəyi yoxlama oyunları məlum olub.

İdman.Biz xəbər verir ki, bu barədə “Qəbələ” Futbol Klubu məlumat yayıb.

Bildirilib ki, “qırmızı-qaralar” hazırlıq müddətində beş matçda meydana çıxacaq. İlk görüş iyulun 14-də “Kəpəz”ə qarşı olacaq. Daha sonra iyulun 19-da “Sumqayıt”, 25-də “Şəfa”, 31-də “İmişli” və avqustun 4-də “Şamaxı” ilə matçlar planlaşdırılır.

Qeyd edək ki, yalnız “Sumqayıt”la oyun səfərdə keçiriləcək. Digər görüşlər Qəbələdə təşkil olunacaq.

İdman.Biz