“Turan Tovuz”un sabiq kapitanı Şəhriyar Əliyevin yeni klubu hələ müəyyənləşməyib.
İdman.Biz sport24.az-a istinadən xəbər verir ki, 33 yaşlı müdafiəçi ilə Misli Premyer Liqası təmsilçisi “Kəpəz” maraqlanır.
Bununla yanaşı, təcrübəli futbolçu legioner həyatı yaşamağa üstünlük verir və hazırda Özbəkistan klubları ilə danışıqlar aparır. O, Azərbaycanın Birinci Liqasından da təklif alıb.
Məlumata görə, Özbəkistan klubları yekun qərarlarını ayın sonunadək verəcəklər. Buna görə də Şəhriyar Əliyev həmin müddət ərzində Azərbaycanda hər hansı klubla müqavilə imzalayacağı təqdirdə, sözləşməyə xüsusi bənd salınmasını istəyir. Bu bəndə əsasən, Özbəkistan variantı baş tutarsa, o, qarşılıqlı razılıq əsasında klubdan ayrılmaq hüququ əldə edəcək.
Qeyd edək ki, Şəhriyar Əliyev 2022-ci ildən "Turan Tovuz"un formasını geyinib və komandanın kapitanı olub.
