Beynəlxalq dərəcəli hakim-inspektor Babək Quliyev UEFA-dan təyinat alıb.
İdman.Biz xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.
O, UEFA Konfrans Liqasının birinci təsnifat mərhələsinin “Hamrun” (Malta) - “Runavik” (Farer adaları) görüşünün hakim-inspektoru olacaq.
Qarşılaşma iyulun 16-da, Ta Qali şəhərində yerləşən “Centenary” stadionunda baş tutacaq.
