Serbiyanın “Partizan” klubunun baş məşqçisi Saşa İliç futbolçusu Nihad Mujakiçin “Qarabağ”a mümkün transferi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
“Sumqayıt”ın sabiq baş məşqçisi məsələ ilə bağlı qısa danışsa da, mümkün transferi təkzib etməyib.
“Bəlkə də ola bilər. Amma 100 faiz əmin deyiləm”, - deyə o sport24.az-a açıqlamasında söyləyib.
İliçin bu açıqlaması Nihad Mujakiçin “Qarabağ”a keçidi ilə bağlı iddiaları daha da gücləndirib.
Qeyd edək ki, Serbiya mətbuatı Ağdam təmsilçisinin 28 yaşlı bosniyalı müdafiəçini heyətinə qatacağını yazıb. İddialara əsasən, klublar transferin bütün detallarını razılaşdırıblar.
