“Arsenal” Morqan Rocers üçün transfer rekordunu qıra bilər

13 İyul 2026 09:13
114
“Arsenal” Morqan Rocers üçün transfer rekordunu qıra bilər

İngiltərənin “Aston Villa” futbol komandasının hücumameyilli yarımmüdafiəçisi Morqan Rocers yay transfer pəncərəsində klubunu dəyişə bilər.

İdman.Biz xəbər verir ki, “Arsenal” 23 yaşlı futbolçunun nümayəndələri ilə danışıqlara başlayıb. London təmsilçisi transfer prosesini yaxın günlərdə sürətləndirmək niyyətindədir. Rocersin Mikel Artetanın komandasında çıxış etməyə müsbət yanaşdığı və tərəflər arasında şəxsi müqavilə şərtləri üzrə irəliləyiş olduğu bildirilir.

Danışıqlarda əsas maneə “Aston Villa”nın tələb etdiyi məbləğdir. Birmingem klubu İngiltərə millisinin üzvünü 130 milyon funt sterlinqə (267 milyon manat) buraxmağa hazırdır.

Transfer bu qiymətə reallaşarsa, Rocers “Arsenal” tarixinin ən bahalı futbolçusu olacaq. London klubunun hazırkı rekordu 2023-cü ildə “Vest Hem”dən 105 milyon funt sterlinqə alınan Deklan Raysın transferinə məxsusdur.

Rocers ötən mövsüm “Aston Villa”nın əsas oyunçularından biri olub. İngiltərəli futbolçu komandasının UEFA Avropa Liqasının qalibi olmasında mühüm rol oynayıb və turnirin ən yaxşı futbolçusu seçilib.

Hücumameyilli yarımmüdafiəçi 2024-cü ilin fevralında “Midlsbro”dan “Aston Villa”ya 8 milyon funt sterlinq qarşılığında keçib. Onun Birmingem klubu ilə müqaviləsi 2031-ci ilin yayınadək qüvvədədir.

İdman.Biz