“Ayaks” braziliyalı futbolçu ilə şifahi razılaşdı

13 İyul 2026 08:34
108
“Ayaks” braziliyalı futbolçu ilə şifahi razılaşdı

Niderland təmsilçisi “Ayaks” futbol komandası braziliyalı hücumçu Markos Leonardonu heyətinə qatmağa yaxındır.

İdman.Biz xəbər verir ki, Amsterdam klubu 23 yaşlı futbolçunun transferi ilə bağlı Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubu ilə şifahi razılığa gəlib.

“Ayaks” keçid üçün 25 milyon avro (50 milyon manat) ödəyəcək. Markos Leonardo ilə şəxsi müqavilənin şərtləri də şifahi şəkildə razılaşdırılıb.

Braziliyalı hücumçu tibbi müayinədən keçmək üçün icazə alıb.

İdman.Biz
Məqalədə: