Ferran Torres PSJ ilə 5 illik müqaviləni razılaşdırdı

12 İyul 2026 16:23
98
Ferran Torres PSJ ilə 5 illik müqaviləni razılaşdırdı

İspaniyanın “Barselona” futbol komandasının hücumçusu Ferran Torres yay transfer pəncərəsində klubunu dəyişə bilər.

İdman.Biz xəbər verir ki, 26 yaşlı futbolçu PSJ ilə 2031-ci ilin yayınadək nəzərdə tutulan müqavilənin şərtlərini ilkin olaraq razılaşdırıb. İspaniya millisinin üzvünün iki İngiltərə klubunun marağına baxmayaraq, karyerasını Parisdə davam etdirməyə üstünlük verdiyi bildirilir.

PSJ-nin “Barselona”ya ilk təklifinin 28 milyon avro (56 milyon manat) olacağı gözlənilir. Lakin Kataloniya klubunun hücumçu üçün daha yüksək məbləğ tələb etdiyi qeyd olunur.

İspaniya mətbuatının məlumatına görə, “Barselona” Torresi 50 milyon avrodan (100 milyon AZN) aşağı qiymətə satmaq istəmir. PSJ-nin isə danışıqlar zamanı məbləği maksimum 40 milyon avroyadək (80 milyon AZN) yüksəldə biləcəyi iddia olunur.

Torresin “Barselona” ilə hazırkı müqaviləsi 2027-ci ilin yayında başa çatacaq. Tərəflər arasında yeni sözləşmə ilə bağlı razılığın əldə olunmaması Kataloniya klubunun futbolçunu bu yay satmaq ehtimalını artırır.

Hücumçu 2025/2026 mövsümündə “Barselona”nın heyətində bütün turnirlər üzrə 49 oyunda 21 qol vurub və üç məhsuldar ötürmə edib.

İdman.Biz