Azərbaycan U-21 millisinin hücumçusu Gürcüstan klubuna keçib

12 İyul 2026 16:10
99
Azərbaycan U-21 millisinin hücumçusu Gürcüstan klubuna keçib

Azərbaycanın U-21 millisinin futbolçusu Yusif Mehdiyev klubunu dəyişib.

İdman.Biz "Kolxeti-1913" klubunun rəsmi saytına istinadən xəbər verir ki, hücumçu Poti təmsilçisi ilə razılığa gəlib.

Mehdiyev "Meşaxte"də icarə əsasında çıxışını başa vurduqdan sonra Gürcüstanda qalıb. Onun yeni komandası ölkənin gücünə görə ikinci divizionunda mübarizə aparan "Kolxeti-1913" olub.

Poti klubu Erovnuli Liqa 2-də keçirilən 19 turdan sonra turnir cədvəlinin səkkizinci pilləsində qərarlaşıb.

20 yaşlı hücumçu Tbilisi "Dinamo"sunun yetirməsidir. Futbolçunun qeydiyyat məlumatlarına əsasən, o, 2026-cı ilin iyulunda "Kolxeti-1913"ə qoşulub.

İdman.Biz
Məqalədə: