“Təəssüflər olsun ki, mən o məqamı görmədim. Lakin bu düzgün hərəkət deyil”.
Bu sözləri UEFA Konfrans Liqasın I təsnifat mərhələsində “Zirə” ilə oyundan sonra Gürcüstanın “Torpedo” klubunun baş məşqçisi Dirk Şuster İdman.Biz-in “Torpedo” azarkeşlərinin öz oyunçulrına qeyri-etik jest göstərməsi barədə sualına cavab verərkən deyib.
“Azarkeşlər özlərini belə aparmamalıdır. Onlar qəzəbli, əsəbi ola bilərlər. Lakin yəqin ki, komandası 3:0 uduzan azarkeşin özünü necə hiss etdiyini başa düşürsüz. Əgər hesab daha minimal olsaydı, yəqin özlərini belə aparmazdılar”, - Şuster deyib.
Qeyd edək ki, matç 3:0 hesabı ilə “Zirə”nin qələbəsi ilə bitib.
