Dirk Şuster: “Sürpriz hazırlamışdıq” - VİDEO

8 İyul 2026 22:14
89
Dirk Şuster: “Sürpriz hazırlamışdıq”

“Sürpriz hazırlamışdıq, amma qarşımızda güclü rəqib var idi. “Zirə” fərdi olaraq güclü futbolçulardan ibarətdir. “Zirə” taktiki cəhətdən də güclü idi. Heç olmasa bir qol vurmaq niyyətində idik, alınmadı. Məyusuq”.

Bu sözləri UEFA Konfrans Liqasın birinci təsnifat mərhələsində “Zirə” ilə oyundan sonra təşkil edilən mətbuat konfransında Gürcüstanın “Torpedo” klubunun baş məşqçisi Dirk Şuster deyib.

Oyun 3:0 hesabı ilə “Zirə”nin xeyrinə qurtarıb.

Xatırladaq ki, tərəflər arasında cavab görüşü iyulun 16-da Gürcüstanda keçiriləcək.

İdman.Biz