“Vestri”nin baş məşqçisi: “Sabah güclü komandaya qarşı oynayacağıq” - VİDEO

8 İyul 2026 17:45
115
“Vestri”nin baş məşqçisi: “Sabah güclü komandaya qarşı oynayacağıq” - VİDEO

“Sabah güclü komandaya qarşı oynayacağıq. Əlimizdən gələn hər şeyi edəcəyik ki, öz gücümüzü göstərək”.

İdman.Biz xəbər verir ki, bu sözləri İslandiyanın “Vestri” komandasının baş məşqçisi Daniel Osafo-Badu mətbuat konfransında deyib.

İdman.Biz-in “Qarabağ”ın heyətində böyük dəyişikliklər olub. Onlar yeni heyətlə çox oyun keçirməyiblər və komanda gözlənilməz ola bilər. Bu, matça hazırlıqda hər hansı bir problem yaratdımı” sualını cavablandıran baş məşqçi Qurban Qurbanovun dəyişmədiyini xatırlatdı:

“Əminəm ki, yeni oyunçular qısa müddət sonra baş məşqçinin oyun texnikasına adaptasiya olacaqlar. Yoldaşlıq oyunlarını izləmişəm. Deyə bilərəm ki, taktiki cəhətdən keçən il Çempionlar Liqasında oynadıqları oyun stilini qoruyublar”.

@idman.biz

“Qarabağ”ın heyətində böyük dəyişikliklər olub. Onlar yeni heyətlə çox oyun keçirməyiblər və komanda gözlənilməz ola bilər. Bu, matça hazırlıqda hər hansı bir problem yaratdımı” sualını cavablandıran baş məşqçi Qurban Qurbanovun dəyişmədiyini xatırlatdı

♬ оригинальный звук - Idman və Biz

O, sabah UEFA Avropa Liqasının birinci təsnifat mərhələsinin ilk oyununda “Qarabağ”a qarşı keçiriləcək oyunun komandası üçün çətin olacağını söyləyib:

“Azərbaycan çox gözəl ölkədir, indiyə kimi kifayət qədər məlumatım olmayıb. Oyunçularım həyacanlandılar ki, “Qarabağ”a qarşı oynayacaqlar. Çünki bu günə qədər oynadığımız ən güclü rəqib olacaq”.

Qeyd edək ki, “Qarabağ” - “Vestri” matçı iyulun 9-da, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək.

Foto: İslam Atakişiyev

İdman.Biz