Kamada “Kristal Palas”da qalır

8 İyul 2026 17:52
63
Kamada “Kristal Palas”da qalır

İngiltərənin “Kristal Palas” futbol klubu yarımmüdafiəçisi Daiçi Kamada ilə yeni müqavilə imzalayacaq.

İdman.Biz xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Yaponiya millisinin üzvü London təmsilçisi ilə anlaşmanı razılaşdırıb. Müqavilənin yaxın 24 saat ərzində rəsmiləşdiriləcəyi gözlənilir.

Yeni sözləşmə 2027-ci ilin iyun ayınadək nəzərdə tutulub. Beləliklə, Kamada daha bir mövsüm “Kristal Palas”ın formasını geyinəcək.

Qeyd edək ki, 29 yaşlı futbolçu 2024-cü ilin yayında “Latsio”dan azad agent kimi “Kristal Palas”a keçib.

İdman.Biz