Gürcüstanın "Torpedo" (Kutaisi) komandasının baş məşqçisi Dirk Şuster UEFA Konfrans Liqasının I təsnifat mərhələsində "Zirə"yə qarşı keçirəcəkləri ilk oyun öncəsi təşkil edilən mətbuat konfransında fikirlərini bölüşüb.
İdman.Biz xəbər verir ki, 58 yaşlı mütəxəssis Sumqayıtdakı qarşılaşma öncəsi rəqibin üstün tərəflərini vurğulayıb.
"Azərbaycana ilk dəfədir gəlirəm. Rəqibə hörmətlə yanaşıram. Bura gələndə bir az problemlə üzləşdik. "Zirə" cütün favoritidir. Hər şey meydanda həll olunacaq. Meydanda əlimizdən gələni edəcəyik. Rəqibi təhlil etmişik. Qələbə üçün gücümüzü göstərməyə çalışacağıq", - o bildirib.
Xatırladaq ki, “Zirə” - “Torpedo” oyunu iyulun 8-də Mehdi Hüsenyzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək və saat saat 20:00-da başlayacaq. Cavab qarşılaşması isə iyulun 16-də Kutaisidə olacaq.
