“Stabil komandaya qarşı oynayırıq. Təəssüf ki hazırlığa vaxtımız çox olmadı. Amma oyunçularımın təcrübəsinə güvənirəm”.
İdman.Biz xəbər verir ki, bu sözləri “Zirə” futbol klubunun baş məşqçisi Rəşad Sadıqov UEFA Konfrans Liqasının birinci təsnifat mərhələsində Gürcüstan “Torpedo”su ilə oyundan öncə mətbuat konfransında deyib.
Xatırladaq ki, “Zirə” - “Torpedo” oyunu iyulun 8-də Mehdi Hüsenyzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək və saat saat 20:00-da başlayacaq. Cavab qarşılaşması isə iyulun 16-də Kutaisidə olacaq.
