“Kəpəz” üç futbolçu ilə yollarını ayırıb - YENİLƏNİB

7 İyul 2026 15:43
638
“Kəpəz” üç futbolçu ilə yollarını ayırıb - YENİLƏNİB

“Kəpəz” futbol klubu Camal Cəfərovla yollarını ayırıb.

İdman.Biz xəbər verir ki, bu barədə Gəncə təmsilçisi məlumat yayıb.

24 yaşlı hücumameyilli yarımmüdafiəçi ilə müddəti başa çatan müqavilə uzadılmayıb.

Qeyd edək ki, C.Cəfərov ötən mövsüm “Kəpəz”in heyətində 13 oyun keçirib.

Xatırladaq ki, komanda bundan əvvəl də Luis Paçu və Yusif İmanovla yollarını ayırıb.

14:20

“Kəpəz” futbol klubu qapıçı Yusif İmanovla vidalaşıb.

İdman.Biz xəbər verir ki, bu barədə Gəncə təmsilçisi məlumat yayıb.

23 yaşlı qolkiperlə başa çatan müqavilənin müddəti uzadılmayıb.

Qeyd edək ki, Y.İmanov ötən mövsüm 20 oyunda “Kəpəz”in formasını geyinib.

Xatırladaq ki, bundan əvvəl də komanda Luis Paçu ilə yollarını ayırıb.

10:51

“Kəpəz” futbolçu Luis Paçu ilə yollarını ayırıb.

İdman.Biz xəbər verir ki, bu barədə Gəncə təmsilçisi məlumat yayıb.

30 yaşlı hücumçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, Luis Paçu ötən mövsüm “Kəpəz”də 29 oyun keçirib və beş qola imza atıb.

İdman.Biz