Niderland Kral Futbol İttifaqı milli komandanın baş məşqçi postu üçün Arne Slotla əlaqə saxlayıb.
İdman.Biz xəbər verir ki, bubarədə journalist Florian Plettenberq “X” social şəbəkəsində yazıb.
47 yaşlı mütəxəssis “narıncılar”ın sükanı arxasına keçməyə əsas namizədlərdən biri sayılır. Son olaraq İngiltərənin “Liverpul” klubunda çalışan Slotla ilkin danışıqların artıq baş tutduğu bildirilir.
Qeyd edək ki, Niderland DÇ-2026-nın 1/16 final mərhələsində Mərakeşə penaltilərdə məğlub olub (1:1, penaltilərdə 2:3). Komandaya 2023-cü ildən rəhbərlik edən Ronald Kuman oyundan sonra baş məşqçi postundan istefa verdiyini açıqlayıb.
