Fransanın “Paris” futbol klubunda baş məşqçi dəyişikliyi olub.
İdman.Biz xəbər verir ki, komandanı bundan sonra Liam Rosenior çalışdıracaq. İngiltərəli mütəxəssis klubun yeni baş məşqçisi təyin olunub.
Rosenior daha əvvəl “Hall Siti”, “Strasbur” və “Çelsi”də işləyib. Onun qarşısına “Paris”də komandanı yeni mövsümə hazırlamaq və nəticələri yaxşılaşdırmaq tapşırığı qoyulub. Komanda 2025/2026-cı il mövsümünü 44 xalla 11-ci pillədə başa vurub.
Qeyd edək ki, Liam Rosenior futbolçu karyerası ərzində də İngiltərədə çıxış edib, məşqçilik fəaliyyətində isə gənc futbolçularla işi və taktiki yanaşması ilə diqqət çəkib.
