Azərbaycan Premyer Liqasında yeni mövsümün püşkatma tarixi müəyyənləşib

7 İyul 2026 13:39
92
Azərbaycan Premyer Liqasında yeni mövsümün püşkatma tarixi müəyyənləşib

Azərbaycan Premyer Liqasında 2026/2027 mövsümünün püşkatma mərasiminin vaxtı məlum olub.

Idman.Biz xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.

Mərasim iyulun 17-də saat 15:00-da başlanacaq.

Qeyd edək ki, Azərbaycan Premyer Liqasının yeni mövsümü avqustun 14-də start götürəcək.

İdman.Biz