“Qəbələ” futbol klubu Eduardo Kunde ilə yollarını ayırıb.
İdman.Biz xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Braziliyalı futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Qeyd edək ki, 28 yaşlı müdafiəçi ötən mövsüm “Qəbələ”nin heyətində 27 oyuna çıxıb.
