Elvin Cahangirli “Ayın qolu” mükafatını aldı

13 Oktyabr 2026 16:34
101
Elvin Cahangirli “Ayın qolu” mükafatını aldı

Futbol üzrə İkinci Liqada çıxış edən “Dinamo” komandasının üzvü Elvin Cahangirli mükafatlandırılıb.

İdman.Biz xəbər verir ki, futbolçu “Ayın qolu” layihəsi çərçivəsində sentyabr ayının ən yaxşı qolunun müəllifi seçilib.

Elvin Cahangirliyə mükafat İkinci Liqanın yeddinci turunda keçirilən “Dinamo” - “Kür-Araz” matçından əvvəl təqdim olunub. Mükafatı ona Peşəkar Futbol Liqasının Media şöbəsinin baş mütəxəssisi Anar Əsədov verib.

İdman.Biz