"Turan Tovuz"un legioner futbolçusunun zədəsi ciddi deyil

13 Oktyabr 2026 17:20
87
"Turan Tovuz"un legioner futbolçusunun zədəsi ciddi deyil

“Turan Tovuz”un zədəli futbolçusu Denis Marandiçi əməliyyat olunmayacaq.

İdman.Biz AZƏRTAC-a istinadən xəbər verir ki, moldovalı müdafiəçi tibbi müayinədən keçib və zədəsinin ciddi olmadığı müəyyənləşib.

Onun 4-5 gün ərzində fərdi məşqlərə başlaması gözlənilir.

Qeyd edək ki, Denis Marandiçi Premyer Liqanın yeddinci turunda “Şəfa”nı 1:0 hesabı ilə məğlub etdikləri oyunda İsmayıl Zülfüqarlı ilə toqquşma nəticəsində kəllə-beyin travması almışdı.

İdman.Biz