Sabiq “Xəzər Lənkəran”lı Birinci Liqa klubunda

7 İyul 2026 16:02
370
Sabiq “Xəzər Lənkəran”lı Birinci Liqa klubunda

“Karvan-Yevlax” futbol klubu növbəti mövsüm üçün transfer çalışmalarını davam etdirir.

İdman.Biz offsideplus.az-a istinadən xəbər verir ki, bölgə təmsilçisi Orxan Sadıqlı ilə razılığa gəlib.

“Xəzər-Lənkəran” yetirməsi olan O. Sadıqlı son olaraq “Mingəçevir”də çıxış edib.

Yevlax təmsilçisi son mövsümdə Premyer Liqada sonuncu yeri tutub. Onlar yenidən Birinci Liqada mübarizə aparacaq.

Qeyd edək ki, “Xəzər Lənkəran” 2000-ci illərdə Azərbaycan futbolunun ən tanınmış və titullu klublarından biri olub. Lakin klub 2016-cı ildə peşəkar fəaliyyətini dayandırıb və o vaxtdan peşəkar liqalarda çıxış etmir. Lənkəran klubu tarixi ərzində 2006/07 mövsümündə Azərbaycan çempionu olub, üç dəfə - 2006/07, 2007/08 və 2010/11 mövsümlərində ölkə kubokunu qazanıb, 2013-cü ildə Azərbaycan Superkubokuna sahib çıxıb, həmçinin 2008-ci il Birlik Kubokunun qalibi olub.

İdman.Biz