Cerard “Liverpul”un tarixinin ən yaxşı futbolçusu seçilməsinə münasibət bildirib

6 İyul 2026 11:44
90
Cerard “Liverpul”un tarixinin ən yaxşı futbolçusu seçilməsinə münasibət bildirib

İngiltərənin “Liverpul” futbol klubunun sabiq kapitanı Stiven Cerard klubun tarixinin ən yaxşı futbolçusu seçilməsinə münasibət bildirib.

İdman.Biz xəbər verir ki, sabiq futbolçunun açıqlamasını “Liverpul” klubunun mətbuat xidməti dərc edib.

“Bu, mənim üçün böyük şərəfdir və buna görə çox qürur duyuram. Təşəkkür edirəm. Bəzən, xüsusilə də karyeramı başa vurduqdan sonra oturub düşünürəm ki, hansı klubun formasını geyinmişəm və bu ailənin bir hissəsi olmaq baxımından nə qədər şanslı olmuşuq. İndi bunu futbol oynadığım dövrdən də çox qiymətləndirirəm.

Mənim üçün ən böyük dəyər məhz azarkeşlərin etimadıdır. Çünki onlar hər oyunda sənin çıxışını diqqətlə izləyirlər”, – deyə Cerard qeyd edib.

Qeyd edək ki, “Liverpul”un sabiq kapitanı klubun tarixinin ən yaxşı futbolçuları reytinqində birinci yeri tutub. Siyahı futbolçuların ustalığı, komandaya təsiri, klubdakı irsi və "Enfild"də qazandıqları uğurlar nəzərə alınmaqla hazırlanıb.

Yekun qərar klubun 134 illik tarixini əhatə edən statistik göstəricilərin təhlili və azarkeşlər, “qırmızılar”ın sabiq futbolçuları, jurnalistlər, eləcə də klubun ekspert komissiyasının səsverməsi əsasında qəbul edilib.

İdman.Biz
Məqalədə: