Azərbaycanın “Neftçi” futbol klununun heyətində çıxış etmiş Andre Şinyaşiki yenidən Misli Premyer Liqasında oynaya bilər.
İdman.Biz sportal.az-a istinadən xəbər verir ki, braziliyalı hücumçunun xidmətində maraqlı olan klublar var.
Belə ki, Şinyaşiki “Zirə”yə təklif edilib. 29 yaşlı vinger özü ölkəmizə geri qayıtmağa, “Zirə”də oynamağa hazırdır. Amma ölkəmizi Konfrans Liqasında təmsil edəcək klub hələ ki onunla bağlı yekun qərarını verməyib.
Braziliyalı son olaraq “Arda”(Bolqarıstan) klubunun formasını geyinib. O, həmçinin “Denver”, “Kolorado”, “Şarlotte”, “Neftçi” klublarında oynayıb.
