İspaniyanın “Barselona” futbol klubunun məşqçilər korpusunda yer alan Tiaqo Alkantara Hansi Flik barədə danışıb.
İdman.Biz xəbər verir ki, sabiq futbolçu məşqçilikdə yalnız taktiki biliklərin yox, insanlarla düzgün münasibətin də vacib olduğunu bildirib.
“Mən Hansi Fliklə işləyəndə başa düşdüm ki, məşqçi insan kimi davranmağı bacarmalıdır”, - deyə Tiaqo qeyd edib.
O, məşqçi kimi formalaşmaq üçün fərqli mütəxəssislərdən ilham almağın önəmini vurğulayıb:
“Məşqçi olmağın ən yaxşı yolu başqa məşqçilərdən ilham almaqdır. Futbolçu kimi Pep Qvardiola, Luis Enrike və digər böyük məşqçilərlə öz öyrənmə mərhələmi keçmişəm”.
Qeyd edək ki, Tiaqo Alkantara futbolçu karyerasında “Barselona”, “Bavariya” və “Liverpul”un formasını geyinib.
