“Renn” klubunun hücumçusu İsveçrə - Əlcəzair oyununun ən yaxşısı seçildi

3 İyul 2026 12:18
64
“Renn” klubunun hücumçusu İsveçrə - Əlcəzair oyununun ən yaxşısı seçildi

İsveçrə millisinin hücumçusu Bril Embolo futbol üzrə 2026-cı il dünya çempionatının 1/16 finalında Əlcəzairlə keçirilən oyunun ən yaxşı futbolçusu seçilib.

İdman.Biz xarici KİV-ə istinadən xəbər verir ki, İsveçrənin rəqibini 2:0 hesabı ilə məğlub etdiyi oyunda Embolo komandasının qələbəsində əsas pay sahiblərindən biri olub.

Məlumat üçün əlavə edək ki, İsveçrə millisi futbol üzrə DÇ-2026-nın 1/16 finalda Əlcəzairə 2:0 hesabı ilə qalib gəlib. Vankuverdə keçirilən qarşılaşma isveçrəlilərin ilk qolunu da 10-cu dəqiqədə Bril Embolo vurub. Bril Embolo Fransanın “Renn” klubunun mərkəz hücumçusudur.

İdman.Biz