İtaliyalı mütəxəssis Massimiliano Alleqri “Napoli” futbol komandasının baş məşqçisi təyin olunub.
İdman.Biz xəbər verir ki, bu barədə klubun rəsmi açıqlamasında bildirilir.
M.Alleqri futbolçu kimi 1997/1998 mövsümündə "Napoli"nin formasını geyinib. O, məşqçilik fəaliyyətinə 2003/2004 mövsümündə başlayıb.
Alleqri daha əvvəl “Yuventus”, “Kalyari” və “Milan”ı çalışdırıb. İtaliya futbolunun ən təcrübəli məşqçilərindən biri sayılır. Ötən mövsüm "Milan"la çempionatı beşinci pillədə tamamlayıb.
“Napoli”nin yeni baş məşqçisi kimi onun qarşısında komandanı yeni mövsümə hazırlamaq və A Seriyasında yüksək nəticə qazanmaq vəzifəsi dayanır.
