“Şəfa” FK-da yeni mövsümün ilk məşqi keçirilib - FOTO

3 İyul 2026 12:57
69
“Şəfa” FK-da yeni mövsümün ilk məşqi keçirilib - FOTO

“Şəfa” yeni futbol mövsümünün hazırlığına start verib.

İdman.Biz xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, komandanın ilk məşqi Bakı Olimpiya Stadionunda baş tutub.

Futbolçular proses zamanı toplu və topsuz çalışmalar yerinə yetiriblər.

İdman.Biz
Məqalədə: