“Neftçi” FK Kipr millisinin üzvünü transfer etmək istəyir

3 İyul 2026 09:58
53
“Neftçi” FK Kipr millisinin üzvünü transfer etmək istəyir

Azərbaycanın “Neftçi” futbol klubu növbəti transferini reallaşdırmaq üçün danışıqlar aparır.

İdman.Biz offsideplus.az-a istinadən xəbər verir ki, “ağ-qaralar” Giorgos Malekkidisi heyətinə qatmaqda maraqlıdır.

28 yaşlı futbolçu “Apollon”un şərəfini qoruyur.

Kiprli futbolçu universallığı ilə seçilir. Müdafiənin mərkəzində və sol cinahında oynaya bilən Malekkidis lateral kimi oynamağı da bacarır.

Qeyd edək ki, “Tranfermarkt” portalına görə, onun dəyəri 600 min avrodur.

İdman.Biz