Baş məşqçi postuna Fərid Namazovu gətirən “İmişli” futbol klubu növbəti dəyişikliyə hazırlaşır.
İdman.Biz futbolpress.az-a istinadən xəbər verir ki, klub bu gün yeni loqosunu təqdim edəcək.
“Pələnglər” növbəti mövsümdən təzə emblemdən istifadə edəcək.
Daha əvvəl elitaya yüksələn “Şəfa” loqosunu dəyişib.
“İmişli” ötən mövsüm Premyer Liqanı doqquzuncu sırada bitirib.
