Osimhen azarkeşlərə əsəbiləşdi: Avtomobildən düşüb xəbərdarlıq etdi - VİDEO

28 İyun 2026 21:29
112
Osimhen azarkeşlərə əsəbiləşdi: Avtomobildən düşüb xəbərdarlıq etdi - VİDEO

Türkiyənin “Qalatasaray” futbol klubunun hücumçusu Viktor Osimhen Nigeriyaya səfəri zamanı gərgin anlar yaşayıb.

İdman.Biz xəbər verir ki, 27 yaşlı futbolçunun Laqos şəhərinin Ojota bölgəsinə gəlişi azarkeşlər arasında böyük maraq doğurub. Osimheni yaxından görmək istəyən yüzlərlə fanat küçələrə axışıb.

Nigeriyalı hücumçunun olduğu avtomobil qısa müddətdə böyük izdihamın arasında qalıb. Bəzi azarkeşlər futbolçuya yaxınlaşmaq üçün avtomobilə tərəf irəliləyib, bir neçəsi isə maşının şüşələrinə vurub.

Bu zaman Osimhen avtomobildən düşərək azarkeşlərə irad bildirib. Onun fanatlara əsəbi şəkildə xəbərdarlıq etdiyi anlar kameralara düşüb.

Hadisə yerində təhlükəsizlik tədbirləri gücləndirilib. Osimhen mühafizəçilərin köməyi ilə ərazidən uzaqlaşdırılıb.

İdman.Biz