Uruqvay futbol millisində DÇ-2026 ilə erkən vidalaşmadan sonra qalmaqal baş verib.
İdman.Biz xəbər verir ki, Uruqvay Futbol Federasiyası yığmanın ölkəyə qayıdışı üçün nəzərdə tutulan xüsusi təyyarəni ləğv edib. “El Pais”in məlumatına görə, futbolçular və məşqçilər korpusu vətənə kommersiya reysləri ilə dönəcək.
Səfər xərclərini də komanda üzvləri özləri ödəyəcəklər. Bu qərar yığmanın qrup mərhələsində uğursuz çıxışından sonra verilib.
Uruqvay H qrupunda üç oyuna cəmi iki xal toplayıb. Komanda əvvəlcə Səudiyyə Ərəbistanı ilə 1:1, ardından Kabo-Verde ilə 2:2 hesablı heç-heçə edib. Son turda isə qapıçı Musleranın kobud səhvindən sonra İspaniyaya 0:1 uduzaraq turnirlə vidalaşıb.
Bu nəticədən sonra Uruqvay qrupunu üçüncü pillədə başa vurub və 1/16 finala yüksələ bilməyib. Komanda
