Anasının yasından dönən Deşam Fransa futbolçularına səslənib

28 İyun 2026 20:08
95
Anasının yasından dönən Deşam Fransa futbolçularına səslənib

Fransa millisinin baş məşqçisi Didye Deşam DÇ-2026-nın 1/16 final mərhələsi öncəsi futbolçularına müraciət edib.

İdman.Biz xəbər verir ki, mütəxəssis anasının vəfatı ilə əlaqədar düşərgədən ayrıldıqdan sonra yenidən komandanın yanına qayıdıb.

Deşam futbolçularına qrup mərhələsindəki nəticələrə görə təşəkkür edib. O, üç oyunda üç qələbənin Fransa üçün vacib göstərici olduğunu, lakin bunun komandaya əlavə üstünlük vermədiyini bildirib.

Baş məşqçi oyunçuların özünəinam qazandığını vurğulayıb. Bununla belə, o, eyforiyaya qapılmamağı və qarşıdakı mərhələlərdə rəqiblərin daha güclü olacağını qeyd edib.

Deşam komandanı artıq İsveçlə oyuna köklənməyə çağırıb.

Qeyd edək ki, Fransa millisi I qrupunda doqquz xal toplayaraq birinci yeri tutub. Komanda 1/16 finalda İsveçlə qarşılaşacaq.

İdman.Biz