“Arsenal” çempion heyətinin müdafiəçisini birdəfəlik aldı

25 İyun 2026 17:59
92
“Arsenal” çempion heyətinin müdafiəçisini birdəfəlik aldı

İngiltərənin “Arsenal” futbol klubu müdafiəçisi Pyero İnkapiye ilə bağlı qərarını verib.

İdman.Biz xəbər verir ki, London təmsilçisi Ekvador millisinin üzvünü Almaniyanın “Bayer” klubundan birdəfəlik transfer edib. Bu barədə “topçular”ın mətbuat xidməti məlumat yayıb.

“Arsenal” 24 yaşlı futbolçunun icarə müqaviləsində yer alan satınalma bəndini aktivləşdirib. Razılaşmaya əsasən, İnkapiye 1 iyul 2026-cı ildən London klubunun daimi futbolçusu olacaq. Transfermarkt portalının məlumatına görə, keçidin dəyəri 52 milyon avro (104 milyon AZN) təşkil edib.

Qeyd edək ki, İnkapiye 2025-ci ilin sentyabrında “Bayer”dən “Arsenal”a icarə əsasında keçib. O, ötən mövsüm London klubunun heyətində 39 oyunda meydana çıxıb, bir qol vurub və iki məhsuldar ötürmə edib.

“Arsenal” 2025/2026 mövsümündə İngiltərə Premyer Liqasının qalibi olub.

İdman.Biz