“Səbail” Zeynəddin Abdurahmanovu heyətinə qatıb

25 İyun 2026 18:41
79
“Səbail” Zeynəddin Abdurahmanovu heyətinə qatıb

“Səbail” 2026/2027 mövsümü üçün növbəti futbolçu transferini reallaşdırıb.

İdman.Biz xəbər verir ki, bu barədə I Liqa klubu məlumat yayıb.

Son olaraq MOİK-də çıxış etmiş Zeynəddin Abdurahmanovla 1+1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, “Səbail”in yetirməsi olan 23 yaşlı yarımmüdafiəçi Azərbaycanın U-21 millisinin heyətində dörd oyun keçirib.

İdman.Biz