Vinisius Ronaldo və Rivaldonun mundiallardakı nailiyyətini təkrarlayıb

25 İyun 2026 18:57
74
Vinisius Ronaldo və Rivaldonun mundiallardakı nailiyyətini təkrarlayıb

Braziliya millisinin hücumçusu Vinisius Junior futbol üzrə 2026-cı il dünya çempionatının 3-cü turunda Şotlandiya üzərində 3:0 hesablı qələbə qazanılan oyunda iki qol vurub.

İdman.Biz bildirir ki, bununla da Vinisius DÇ-2026-nın qrup mərhələsində Braziliya millisinin heyətində hər oyunda qol vurub.

O, Ronaldo və Rivaldodan sonra bunu edən ilk braziliyalıdır. Ronaldo və Rivaldo bunu 2002-ci ildə keçirilən dünya çempionatında etmişdilər. Həmin mundialda Braziliya çempion olmuşdu.

2026-cı il dünya çempionatı 11 iyun - 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçirilir. Hazırkı dünya çempionu Argentinadır.

İdman.Biz