İngiltərənin “Mançester Siti” futbol klubu Jeremi Doku ilə bağlı qərarını verib.
İdman.Biz xəbər verir ki, “şəhərlilər” belçikalı vingerlə müqavilənin uzadılması barədə razılığa gəliblər.
Məlumatı məşhur insayder Fabrizio Romano yayıb. Bildirilir ki, tərəflər yeni sözləşmə ilə bağlı anlaşma əldə ediblər.
Sosial mediada yayılan xəbərlərə görə, yeni müqavilə Dokunu 2031-ci ilə qədər “Mançester Siti”də saxlayacaq. Futbolçunun maaşında da artım olacağı qeyd edilir.
Qeyd edək ki, Jeremi Doku “Mançester Siti”yə 2023-cü ildə Fransanın “Renn” klubundan keçib. O, cinahdakı sürəti və driblinqləri ilə komandanın hücum xəttində önəmli oyunçulardan birinə çevrilib.
