Elliot Anderson klubunu dəyişə bilər

19 İyun 2026 18:30
88
Elliot Anderson klubunu dəyişə bilər

İngiltərənin “Mançester Siti” futbol klubu transfer çalışmalarını davam etdirir.

İdman.Biz xəbər verir ki, “şəhərlilər” “Nottinqem Forest”in yarımmüdafiəçisi Elliot Andersonun keçidini tamamlamağa yaxındır.

“Mançester Siti” 23 yaşlı ingiltərəli futbolçunun transferini reallaşdıracağına inanır.

Klublar arasında yeni danışıq raundunun keçirilməsi gözlənilir. Əgər hər şey plana uyğun getsə, Anderson “Mançester Siti”yə qoşulmazdan əvvəl tibbi müayinədən ABŞ-də keçəcək.

İdman.Biz