Bosniya millisinin sabiq futbolçusu: “Növbəti mərhələ üçün Qətər üzərində qələbə kifayət edə bilər”

19 İyun 2026 18:14
114
Bosniya millisinin sabiq futbolçusu: “Növbəti mərhələ üçün Qətər üzərində qələbə kifayət edə bilər”

“Bosniya və Herseqovina Kanada ilə ilk oyunda bir xal əldə edib və növbəti mərhələyə vəsiqə qazanmaq üçün Qətər üzərində qələbə kifayət edə bilər”.

Bu sözləri Bosniya və Herseqovina millisinin sabiq futbolçusu Bruno Akrapoviç keçmiş komandasının dünya çempionatındakı şanslarını dəyərləndirərkən deyib.

O, İsveçrə ilə keçirilən ikinci tur qarşılaşmasının nəticəsinin istənilən səviyyədə olmadığını qeyd etsə də, komandanın gənc heyətə malik olduğunu vurğulayıb.

“Yığmada Edin Ceko və Sead Kolaşinaç kimi təcrübəli futbolçuların olmasına baxmayaraq, əksər oyunçular belə böyük turnirdə ilk dəfə iştirak edirlər. Əgər kifayət qədər ağıllı oynasaq, ikinci mərhələyə vəsiqə qazanacağıq”, - deyə keçmiş futbolçu AZƏRTAC-a açıqlamasında deyib.

Qətərlə qarşıdakı görüşdən danışan Bruno komandasının keyfiyyət baxımından üstün olduğunu vurğulayıb və Bosniyanın azarkeş dəstəyi qarşısında inamlı qələbə qazanacağına ümid etdiyini söyləyib.

Dünya çempionatının favoritləri barədə danışan mütəxəssis əsas favoritinin Portuqaliya olduğunu qeyd edib. Bununla yanaşı, Almaniya, Belçika, Mərakeş, Braziliya və Fransanı da turnirin ən güclü komandaları sırasında göstərib: “Hazırda eyni səviyyədə olan bir çox komanda var. Düşünürəm ki, növbəti dünya çempionu məhz bu komandalar arasından çıxacaq”.

Qeyd edək ki, Bosniya və Herseqovina – Qətər oyunu iyunun 24-də təşkil olunacaq.

İdman.Biz
Məqalədə: