Azərbaycan Premyer Liqasının ən bahalı futbolçuları açıqlandı

19 İyun 2026 17:45
105
Azərbaycan Premyer Liqasının ən bahalı futbolçuları açıqlandı

Azərbaycan Premyer Liqasında futbolçuların bazar dəyərləri yenilənib.

İdman.Biz xəbər verir ki, “Transfermarkt”ın yenilənməsinə əsasən, çempionatın ən dəyərli futbolçusu “Qarabağ”ın kabo-verdeli vingeri Leandro Andrade olub. Onun bazar dəyəri 500 min arataraq 3,5 milyon avroya (7 milyon AZN) çatıb.

Siyahıda ikinci və üçüncü yerləri 2,5 milyon avro (5 milyon AZN) dəyərlə “Sabah”ın futbolçusu Timoteus Puxaç və “Qarabağ”ın qapıçısı Mateuş Koxalski tutublar. “Sabah”ın uğurlu mövsümü qapıçının dəyərini 1 milyon artırıb. Koxalskinin bazar dəyəri isə 300 min avro yüksəlib.

İlk onluqda “Qarabağ”ın üstünlüyü diqqət çəkir. Ağdam klubunun yeddi futbolçusu Premyer Liqanın ən bahalı oyunçuları sırasında yer alıb. Bunlar Leandro Andrade, Mateuş Koxalski, Kamilo Duranla yanaşı, Elvin Cəfərquliyev, Pedro Bikalyo, Toral Bayramov və Kadi Borgesdir. Kamilo Duranın bazar dəyəri də 1.2 milyon avro artaraq 2 milyon (4 milyon AZN) olub.

Mövsüm bitməmiş “Qarabağ”ın ikinci heyətinə göndərilən Elvin Cəfərquliyevin dəyəri isə 500 min avro artaraq 2 milyona çatıb. Karyerasını Türkiyənin “Bursaspor” klubunda davam etdirəcək Toral Bayramovun transfer qiyməti isə 200 min artımla 2 milyon avroya qalxıb.

“Qarabağ”ın onluqdakı sonuncu oyunçusu olan Borges isə 500 min dəyər itirərək 2 milyon avroya geriləyib.

Ən dəyərli futbolçular siyahısında “Sabah”dan Tomaş Puxaç və İvan Lepinitsa, “Neftçi”dən isə İmad Faraj da yer alıb. Faraj 500 min avro bahalaşaraq 1,5 milyonla (3 milyon AZN) dəyərlə ilk onluğu tamamlayıb.

Ən çox dəyər itirən futbolçular siyahısına “Qarabağ”ın müdafiəçisi Kadi Borges başçılıq edib. Onun bazar dəyəri 500 min avro (1 milyon AZN) azalıb. Aleksey Kaşuk və Emmanuel Addainin qiyməti 300 min avro (600 min AZN) aşağı düşüb.

Dəyər itirənlər arasında “Neftçi”dən Falaye Sakko (200 min avro) və Vensan Abubakar (100 min avro), “Sabah”dan Pavol Şafranko (200 min avro) və Jese Sekidika (100 min avro), “Zirə”dən Aydın Bayramov (200 min avro), “Qəbələ”dən isə Əyyub Allaş (150 min avro) var.

Qeyd edək ki, siyahı bazar dəyəri yenilənməsinə əsasən hazırlanıb və burada göstərilən bəzi futbolçular artıq həmin klublarda çıxış etmirlər. Emmanuel Addai “Qarabağ”dan ayrılanlar sırasındadır. “Sabah” Pavol Şafranko və Cesse Sekidika ilə yollarını ayırıb. Vensan Abubakar “Neftçi”nin, Əyyub Allaş isə artıq “Qəbələ”nin formasını geyinmirlər.

Beləliklə, son yenilənmədən sonra Azərbaycan Premyer Liqasının ən bahalı futbolçuları siyahısında “Qarabağ”ın ciddi üstünlüyü qorunub. Ağdam klubu həm ən dəyərli oyunçular, həm də dəyər qazanan futbolçular arasında ön plandadır.

İdman.Biz