Alvares “Arsenal”la bağlı mövqeyini açıqlayıb

18 İyun 2026 18:13
95
Alvares “Arsenal”la bağlı mövqeyini açıqlayıb

İspaniyanın “Atletiko Madrid” futbol klubunun hücumçusu Xulian Alvares karyerasını İngiltərənin “Arsenal” komandasında davam etdirmək niyyətində deyil.

İdman.Biz “El Pais”ə istinadən xəbər verir ki, argentinalı futbolçu Madrid klubunun rəhbərliyinə gələcək planları barədə mövqeyini çatdırıb.

Məlumata görə, 26 yaşlı forvard “Atletiko Madrid”dən ayrılacağı halda yalnız “Barselona”ya keçmək istəyir. O, “Arsenal” və PSJ-dən gələn marağa müsbət yanaşmayıb.

“Barselona”nın futbolçunun nümayəndələri ilə beşillik müqavilənin şəxsi şərtləri üzrə razılıq əldə etdiyi bildirilir. Kataloniya klubu hazırda “Atletiko Madrid”lə danışıqlara başlamağa çalışır.

Madrid təmsilçisi isə Alvaresi satmaq niyyətində deyil. Klub rəhbərliyi argentinalını komandanın əsas futbolçularından biri hesab edir və onun 2030-cu ilədək qüvvədə olan müqaviləsini xatırladır.

“Arsenal” hücumçunun transferində maraqlı olsa da, Alvaresin seçimi London klubunun şanslarını xeyli azaldıb.

Qeyd edək ki, Xulian Alvares hazırda Argentina millisinin heyətində DÇ-2026-da iştirak edir.

İdman.Biz