“Real Madrid” Konatenin transferini açıqladı

18 İyun 2026 13:09
102
“Real Madrid” Konatenin transferini açıqladı

İspaniyanın “Real Madrid” futbol klubu heyətini İbrahima Konate ilə gücləndirib.

İdman.Biz xəbər verir ki, Madrid təmsilçisi fransalı mərkəz müdafiəçisinin transferini rəsmən açıqlayıb.

Tərəflər arasında dördillik müqavilə imzalanıb. Konate 30 iyun 2030-cu ilədək “Real Madrid”in formasını geyinəcək.

27 yaşlı futbolçu Madrid klubuna azad agent kimi qoşulacaq. Onun “Liverpul”la müqaviləsi iyunun sonunda başa çatır.

Konate 2021-ci ildə Almaniyanın “Leypsiq” klubundan “Liverpul”a keçib. Müdafiəçi İngiltərə təmsilçisinin heyətində 118 oyuna çıxıb və iki qol vurub.

Fransa millisinin üzvü “Liverpul”la İngiltərə Premyer Liqasının, İngiltərə Kubokunun və iki dəfə Liqa Kubokunun qalibi olub.

İdman.Biz